Münxen Təhlükəsizlik Konfransında iştirak edən ABŞ-ın vitse-prezidenti Kamala Harris əsas təyyarədəki nasazlıq səbəbindən “Boeing C-17 Globemaster” hərbi-nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin jurnalisti Cennifer Ceykobs tviterdə yazıb. O qeyd edib ki, vitse-prezidentin mavi-ağ təyyarəsi xarab olub. Kamala Harris Almaniyadan ABŞ-a C-17 dəstək təyyarəsi ilə qayıdacaq.
K.Harris qrafik üzrə indiki saatlarda hərbi təyyarə ilə ABŞ-a yola düşmüş olmalıdır.