Boya-lak məmulatlarının istehsalı artıb

post-img

2026-cı ilin yanvar ayında Azərbaycanda 2735,2 ton boya və lak istehsal edilib ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə 14,9% çoxdur.

XQ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, 1 fevral 2026-cı il tarixinə hazır məhsul ehtiyatları 333,8 ton təşkil edib.

İqtisadiyyat