BƏƏ şirkəti Cəbrayılda transformator buraxacaq

post-img

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyinə agentliyin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentliyi statusu verilib və həmin müəssisənin transformator istehsalı layihəsini həyata keçiriləcəyi nəzərdə tutulub.

Yeni rezident tərəfindən adıçəkilən sənaye parkının 2 hektar ərazisində transformator istehsalı müəssisəsinin yaradılması planlaşdırılıb. Müasir avadanlıqlardan istifadə ediləcək müəssisədə il ərzində 3 min ədəd transformator istehsalı nəzərdə tutulub. Layihənin investisiya dəyəri 17 milyon manata yaxındır.

Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda investisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

 

İqtisadiyyat