Qeyri-neft-qaz sektoru böyüyür

post-img

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin ilk rübündə ölkədə 29 milyard 893 milyon manatlıq (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox) ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,8 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,5 faiz çoxalıb.

ÜDM istehsalının 37 faizi sənaye, 10,3 faizi ticarət, 6,8 faizi nəqliyyat, 5,8 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, 2,9 faizi turizm və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,7 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2922 manat olub.

 

İqtisadiyyat