Bu il ÜDM 75 milyard dollara çatacaq

post-img

Daxili və xarici proqnozlarda artımın 3-4 faiz olacağı bildirilir

“S&P Global” Beynəlxalq Reytinq Agentliyinin bildirdiyinə əsasən, bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal həcmi 74,98 milyard dollar (127,466 milyard manat) təşkil edəcək və gələn il 77,86 milyard dollara (132,362 milyard manat) qədər artacaq.

Agentlik, eyni zamanda, 2025–2026-cı illərdə ölkədə ÜDM-in real artımını 2 faiz səviyyəsində proqnozlaşdırıb. Agentlik, eyni zamanda, əhalinin hər nəfərinə düşən ÜDM-in 2025-ci ildə 7 min 277 dollara çatacağını, 2026-cı ildə isə 7 min 511 dollara yüksələcəyini bildirib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2025-ci ildə ölkədə iqtisadi artımı 3,5 faiz, Mərkəzi Bank isə 3,3 faiz səviyyəsində proqnozlaşdırır. “Moody’s” Beynəlxalq Reytinq Agentliyinin proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda ÜDM-in real artımı 4 faiz təşkil edəcək. “Fitch Ratings” ölkə üzrə ÜDM-in 2025-ci ildə 3 faiz, 2026-cı ildə isə 2,4 faiz artacağını proqnozlaşdırır. Niderlandın ING bankı bu il Azərbaycanda iqtisadi artımı 2,6 faiz, gələn il isə 2,8 faiz səviyyəsində gözləyir.

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 faiz artıb, nominal ÜDM 126,337 milyard manat (74,315 milyard ABŞ dolları) təşkil edib.

İqtisadiyyat