Milli iqtisadiyyatımız 3,3 faiz böyüyəcək

post-img

Mərkəzi Bankın sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunan mətbuat konfransında cari il ölkə iqtisadiyyatının 3,3 faiz, o cümlədən qeyri–neft–qaz iqtisadiyyatının 5,2 faiz böyüyəcəyinin proqnozlaşdırıldığını bildirib.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi bu il ölkədə 3,5 faiz, o cümlədən qeyri–neft–qaz sektoru üzrə 4,9 faiz iqtisadi artım gözləyir.
“Bizim proqnozlarımıza görə, 2025-ci ildə neftin 1 barelinin orta qiyməti 77,3 ABŞ dolları, təbii qazın 1000 kubmetrinin qiyməti isə 349 ABŞ dolları olacaq. Ötən il Azərbaycanın xarici ticarət balansında 5,5 milyard ABŞ dolları profisit olub. Bizim isə cari əməliyyatlar balansının profisiti ilə bağlı proqnozumuz 5,3-5,5 milyard ABŞ dolları idi”, – deyə sədr əlavə edib.

XQ

İqtisadiyyat