Turistlərin sayı artıb

post-img

Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruq və muzeyləri 2024-cü ildə ziyarət edənlərin sayında  35 faiz artım olub. 
Qeyd olunan  qoruq və muzeyləri  ötən il ziyarət edənlərin sayı artaraq 663 min 459 nəfər təşkil edib ki, bunun da 460 min 331 nəfəri xarici vətəndaşlar olub. Əvvəlki illərdən fərqli olaraq, keçən il ziyarətçilərin 70 faizini əcnəbilər təşkil edib və bununla da  2023-cü illə müqayisədə xarici  turistlərin  sayında 48 faiz artım müşahidə olunub.
Ümumilikdə, 2024-cü ildə bilet satışından əldə olunan  5 milyon 786 min 259 manat vəsaitin 866 min 205 manatı dövlət büdcəsinə ödənilib. Bununla da 2023-cü ilə nisbətən əldə edilən gəlirlərin məbləğində 72 faiz artım qeydə alınıb.

Qəzənfər QASIMOV 
XQ

İqtisadiyyat