2024-cü ilin yanvar-oktyabr aylarında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti haqsız rəqabətə yolvermə ilə əlaqədar baxdığı işlər üzrə 5 bazar subyektinə 189,7 min manat məbləğində maliyyə sanksiyası qoyub. Müvafiq icra üzrə məcburi göstəriş verilib. Bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.
Açıqlamada qeyd olunur: “Bu dövr ərzində 23 bazar subyekti tərəfindən digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolvermə əlamətləri, 29 bazar subyekti tərəfindən isə bir sıra mal və ya xidmətlərin reklamı zamanı reklam qanunvericiliyinin tələblərinin pozulması halları könüllü aradan qaldırılıb”.