Gömrükdən büdcə daxilolmaları 5 faiz artıb

post-img

Dövlət Gömrük Komitəsindən aldığımız məlumata görə, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 5 milyard 475 milyon 287 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.

Məlumatda qeyd edilir ki, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 25,7 faiz artaraq 1 milyard 705 milyon 395 min manat, əlavə dəyər vergisi üzrə daxilolmalar 2,35 faiz azalaraq 3 milyard 569 milyon 867 min manat, aksizlər üzrə daxilolmalar 11,9 faiz azalaraq 164,521 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 2,8 faiz azalaraq 35,504 milyon manat olub.

İqtisadiyyat