COP29 çərçivəsində “Təmiz enerjinin faydalarının genişləndirilməsi: İcma iştirakçılığı və gələcək nəsil işçi qüvvəsinin inkişafı” mövzusunda seminar keçirilib

post-img

Bakıda keçirilən COP29 çərçivəsində Dayanıqlı Enerji üzrə Biznes Şurasının (DEBŞ) təşkilatçılığı ilə “Təmiz enerjinin faydalarının genişləndirilməsi: İcma iştirakçılığı və gələcək nəsil işçi qüvvəsinin inkişafı” mövzusunda seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən DEBŞ-in prezidenti Lisa Jakobson 2030-cu ilə qədər sıfır karbon keçid etməyin önəmini bildirib.

Nəzərə çatdırılıb ki, sıfır emissiyaya nail olmaq çox çətindir: “Belə ki, sıfır emissiya bir sıra biznes sahələrini zəiflətsə də digər sahələrin inkişafına təkan verir. Yaşıl enerji istehsalı sahəsinə sərmayə yatırılması və əldə olunan enerjinin reallaşdırılması yeni biznes sahələrinin inkişafı üçün münbit şərait yaradır”.

Tədbirdə “Edison İnternational” elektrik enerjisi istehsal edən şirkətlərin rəhbərləri Pedro Pizzaro, SMUD şirkətinin nümayəndəsi Qreqq Fişer və digərləri çıxış edərək təmsil etdikləri istehsal prosesində dekarbonizasiya istiqamətində gördüyü işlərdən bəhs ediblər.

Qeyd olunub ki, artıq yaşıl enerji istehsalı dövrümüzün tələbidir və şirkətlər bu sahənin inkişafına sərmayə yatırmağı davam edirlər. Artıq dünyanın bir sıra regionlarında sıfır emissiyaya nail olmaq üçün iri şirkətlər tərəfindən su, günəş, külək elektrik stansiyaları inşa olunub: “Bu prosesin davam etməsinin nəticəsi olaraq korbonsuzlaşmaya yaxınlaşmaq asanlaşacaq. Enerji sahəsində çalışan şirkətlər tədricən də olsa enerji transformasiyasını həyata keçirməlidirlər”.

Sonra tədbir müzakirələrlə davam edib. Şirkətlər gördükləri işlər barədə ətraflə məlumat veriblər.

 

İqtisadiyyat