Ölkəmizin dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq. Bu barədə “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” mövzusuna həsr edilmiş Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı “Sima Pay” “AzinTelekom”un məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli məlumat verib.
O bildirib ki, Azərbaycan Dəmir Yolları QSC ilə əməkdaşlıq çərçivəsində inteqrasiyaların həyata keçirilməsi gözlənilir. Bundan sonra dəmir yolu stansiyalarında “Sima Pay”la ödəniş etmək mümkün olacaq.