I yarımildə qurum 12 milyon manat gəlir əldə edib
İpoteka və Kredit Zəmanət Fondunun məlumatına əsasən, fond bu ilin I yarısını 12 milyon manat mənfəətlə başa vurub. Hesabat dövründə qurumun faiz gəlirləri 44,7 milyon manat (illik müqayisədə 18,2 faiz çox), faiz xərcləri 26,1 milyon manat (29,3 faiz çox) təşkil edib.
Bu il iyulun 1-nə fondun vəsaitləri 3 milyard 87 milyon manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,45 faiz çox) olub. Bunun 2 milyard 158 milyon manatı müştərilərə verilmiş ipoteka kreditləridir. Son 1 ildə fondun kredit portfeli 16,2 faiz böyüyüb.
Hesabat dövründə qurumun öhdəlikləri 29,3 faiz artaraq 1 milyard 915 milyon manata, o cümlədən buraxdığı borc qiymətli kağızlarının ümumi dəyəri 29,4 faiz artaraq 1 milyard 882 milyon manata, balans kapitalı isə 10,45 faiz artaraq 1 milyard 173 milyon manata, o cümlədən nizamnamə kapitalı 9,8 faiz artaraq 980,7 milyon manata çatıb.
Xatırladaq ki, İpoteka və Kredit Zəmanət Fondu ölkə Prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu”ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.