Mərkəzi Bankdan aldığımız məlumata görə, cari ilin 9 ayında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 25 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 9,4 faiz çox) sığorta haqqı toplanılıb.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 555 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38,3 faiz çoxdur.
9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 42,8 manat olub.