Bu ilin yanvar–iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 58,2 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 303 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü ilin yanvar–iyul aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 450,9 milyon manat və ya 29,9 faiz, banklardan xaricə köçürmələr isə 64,6 milyon manat və ya 17,6 faiz azalıb.
Xatırladaq ki, ötən ilin yanvar–iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 509,1 milyon manat daxil olub. Banklardan xaricə isə 367,6 milyon manat vəsait göndərilib.