Azərbaycan avtomobillərinin alıcıları çoxalır

post-img

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarının avtomobil istehsalı müəssisələrinin fəaliyyətində də böyük canlanma müşahidə edilir. 

İlin əvvəllərindən sənaye zonaları 41 milyon manatlıq avtomobil satışı həyata keçirib. Cari ilin birinci yarısında Hacıqa­bul Sənaye Parkında 38 milyon manatlıq 1323, Neftçala Sənaye Məhəlləsində isə 3,2 milyon manatlıq 203 avtomobil satılıb. Bu da ötən ilin eyni dövrünə nisbətən təq­ribən 20 faiz artım deməkdir.

Qeyd edək ki, yanvar–iyun aylarında ölkənin sənaye zonalarında “Chevrolet”, “Isuzu”, VGV, UAZ, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.

İqtisadiyyat