Aqroparkların sənaye təməli güclənir

post-img

İqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun inkişafının təmin edilməsi dövlətimizin əsas iqtisadi prioritetlərindəndir. Bu məqsədlə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyasına nail olunması ilə yanaşı, qeyri-neft sektorunun da ümumi daxili məhsulda xüsusi çəkisi getdikcə artır. 

Ölkənin sosial-iqtisadi həyatında xü­susi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı bölməsi iqtisadiyyatın əsas istiqamətlərin­dən biri kimi müəyyənləşdirilib və inkişafı üçün əlverişli şərait yaradılıb.

Kənd təsərrüfatının ənənəvi sahələ­rindən olan pambıqçılığın, tütünçülüyün, baramaçılığın sürətli inkişafı, kənd təsər­rüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin ge­nişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qə­bul edilib. Eləcə də, ölkənin ixrac poten­sialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkar­ların innovativ qabiliyyətlərinin artırılma­sı, yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesində intensiv metodların geniş tətbiqində istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiyanın formalaşmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılıb. 

Respublikamızda son illər ərzində kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həl­linə sistemli və kompleks yanaşılması is­tiqamətlərində mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyev tərəfindən aqrar is­lahatların müasir mərhələsi ilə bağlı qəbul olunan qərarlar, bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmləri­nin təkmilləşdirilməsi istiqamətində komp­leks layihələrin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf dövrünə keçməsi­ni şərtləndirib. Bütün bu tədbirlərin nəticə­sində isə yerli istehsal potensialı güclənib və ərzaq məhsullarının rəqabət qabiliyyət­liliyi artıb, həmçinin ərzaq təhlükəsizli­yinin dayanıqlılığının təmin olunması və əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəlməsi gerçəkləşib. 

Qeyd edək ki, aqroparklar torpaq sahələrindən səmərəli istifadə, məhsuldar­lığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir suvarma sistemlərinin tətbiqi üçün innovativ və əl­verişli mexanizmdir. Bu baxımdan həmin müəssisələrin ərzaq təhlükəsizliyinin möh­kəmlənməsində rolu getdikcə gücləndiri­lir, sahibkarlığın inkişafı, kiçik, orta və iri təsərrüfatların qarşılıqlı faydalı əməkdaşlı­ğı üçün əlverişli platformaya çevrilməsinə xüsusi önəm verilir.

Ümumiyyətlə, son illərdə iqtisadiyya­tın dayanıqlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən tədbirlər çər­çivəsində elmi yanaşma, qabaqcıl texno­logiya və təcrübənin tətbiqi ilə yaradılan aqroparklar ölkəmizdə ərzaq təhlükəsiz­liyinin möhkəmlənməsinə, idxaldan ası­lılığın azaldılmasına, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviy­yəsinin yüksəldilməsinə, həmçinin emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyö­nümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində də əhəmiyyətli rol oynayır.

Ötən illər ərzində respublikamızın aqroparklarında fərdi sahibkarların fəaliy­yətinə xüsusi diqqət yetirilib, rezidentlərin sayı artırılıb. Bunun bariz nümunəsi olaraq İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Yev­lax Pilot Aqroparkda daha bir fərdi sahib­kara rezidentlik verilib.

Agentliyin məlumatına görə, yeni rezi­dent 21,4 hektar sahədə investisiya dəyəri 200 min manat olan intensiv meyvə bağları salacaq, 3 nəfəri daimi, 8 nəfər isə mövsü­mi işlə təmin edəcək.

Qeyd edək ki, Yevlax Pilot Aqroparkda fermerlər dövlət vəsaiti hesabına infrast­rukturla təmin edilir, burada “pir pəncərə” prinsipi və ağıllı idarəetmə sistemi tətbiq olunur. Ötən müddətdə İqtisadiyyat Nazir­liyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən aqroparkın 5 rezidentinə 7,1 milyon manat güzəştli kredit verilib.

İqtisadiyyat