İlin əvvəlindən ölkə ərazisindən 16,4 milyon ton yük daşınıb

post-img

Bu ilin yanvar–iyun aylarında Azərbaycanın nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 16407,6 min ton, yük dövriyyəsi isə 6633,5 milyon ton-kilometr olub, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2 faiz və 2,4 faiz artım müşahidə edilib.

Dövlət Statistika Komitəsinin məlumatında daha sonra bildirilir ki, Şərq–Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8170 min ton, o cümlədən Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizi ilə 4242,1 min ton, Şimal–Cənub nəqliyyat dəhlizi ilə 4807,7 min ton, Şimal–Qərb nəqliyyat dəhlizi ilə 3248,8 min ton, Cənub–Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 181,1 min ton təşkil edib. 

Yüklərin 7506,7 min tonu və yaxud 45,8 faizi dəmir yolu nəqliyyatı, 5004,4 min tonu və yaxud 30,5  faizi avtomobil nəqliyyatı, 3896,5 min tonu və yaxud 23,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 59,2  faizini və yaxud 9707,6 min tonunu tranzit yüklər təşkil edib. 

İqtisadiyyat