2024-cü ilin yanvar–iyul ayları ərzində Azərbaycanda 1248,2 kiloqram qızıl, 1906,8 kiloqran isə gümüş istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatında, eyni zamanda, ölkədə qızıl istehsalının ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artdığı, gümüş istehsalının isə 20,1 faiz azaldığı bildirilib.
Qeyd edək ki, 2024-cü il avqust ayının 1-nə Azərbaycanda gümüş və qızıl üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 560,2 kiloqram və 319,4 kiloqram təşkil edib.