“AzerGold” qiymətli metaldan 1,3 milyard manat qazanıb

post-img

“AzerGold” QSC İdarə Heyətinin sədri Zakir İbrahimovun ölkə mediasına açıqlamasında həmin vəsaitin 1 milyard 231 milyon manatının ABŞ dolları ekvivalentində ixrac gəlirlərindən, 61 milyon manatının isə daxili satışlardan əldə olunduğu bildirilib.  

“Bu ilin ilk 7 ayında 25,8 min unsiya qızıl və 46 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib. Nəticədə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çox, 103,8 milyon manat gəlir əldə edilib. Bu il üçün hasilat hədəfi ötən illə müqayisədə 10 faiz, satış hədəfi isə 3 faiz artırılaraq 70 min unsiyaya çatdırılıb”, – “AzerGold” QSC İdarə Heyətinin sədri vurğulayıb.

“AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən hasilat sahəsində bu ilin 7 ayında 34,7 min unsiya qızıl və 57,7 min unsiya gümüş hasil olunduğunu əlavə edən Z.İbrahimov  ötən ilin eyni dövrü ilə müqayisədə qızılın hasilatında 49 faiz artıma nail olunduğunu bildirib.

İqtisadiyyat