“Azərkosmos” Cənubi Afrikada yerləşən Botsvana dövlətinin Mülki Aviasiya İdarəsi ilə əməkdaşlığa başlayıb.
Azərbaycan Respublikasının Kosmik Agentliyindən (“Azərkosmos”) aldığımız məlumata görə, bu qurum imzalanmış uzunmüddətli tərəfdaşlıq müqaviləsi əsasında Cənubi Afrikada yerləşən Botsvana dövlətinə “Azerspace-1” peyki vasitəsilə yerüstü rabitə və data xidmətləri göstərəcək. “Azerspace-1” peyki vasitəsilə C yayım zolağının Afrika şüası üzrə Botsvanaya peyk data xidməti göstərilməsi ilk dəfə həyata keçirilir.
“Azərkosmos” təkcə Cənubi Afrikada yerləşən 13 dövlətdən 6-na peyk xidmətləri göstərir. Botsvana ilə yaradılan bu əməkdaşlıq Cənubi Afrika ölkələrində həyata keçirilən irihəcmli data layihələrində “Azerspace” peyklərinin xidmətlərinin istifadəsini genişləndirəcək.