Sumqayıt Kimya Parkında 2 yeni müəssisə

post-img

Bu il Sumqayıt Kimya Sənaye Parkında ümumi in­vestisiya dəyəri 39,2 milyon manat olan “Kartaş Kimya” MMC-nin tikinti kimyəviləri, eləcə də “Az-Tex-Import” MMC-nin “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük avtomobilləri istehsalı müəssisələrinin fəaliyyətə başlaması nəzərdə tutulur.

“Kartaş Kimya” MMC-nin direktoru Necmeddin Taş­bağın mediaya bildirdiyinə görə, artıq tikinti kimyəviləri­nin istehsalı müəssisəsində inşaat işləri tamamlanmaq üzrədir. Yaxın aylarda burada avadanlıqların quraşdırıl­ması işlərinə başlanılacaq. 250 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 20 milyon ma­natdır, layihə üzrə indiyədək görülən işlərə artıq 15 mil­yon manatdan çox sərmayə qoyulub.

Onun sözlərinə görə, zavodda tikinti kimyəvilərinin is­tehsalı ilə yanaşı, ölkə ərazisində ilk dəfə olaraq müxtəlif təyinatlı su izolyasiya materiallarının istehsalı da nəzər­də tutulur.

İnvestisiya dəyəri 19,2 milyon manat olan yük avto­mobillərinin istehsalı müəssisəsində isə 90 nəfər daimi işlə təmin olunacaq. İl ərzində 100 ədəd avtomobilin is­tehsal olunacağı müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Türkmənistan və İrana ixrac ediləcək.

İqtisadiyyat