Tankerimiz 2 milyon ton yük daşıyıb

post-img

2024-cü ilin yanvar-iyun aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiy­yətinin (ASCO) tankerləri ilə 2 milyon 9536 ton yük daşınıb.

ASCO-dan verilən məlumata görə, bərə və Ro-Pax tipli gəmilərlə daşınan vaqonların sayı 19 min 68 ədəd, yük avtomobillərinin sayı 17 min 660, minik avtomobillə­rinin sayı isə 1079 ədəd olub. Həmçinin bu gəmilərlə 13 min 433 sərnişin daşınıb.

Məlumata görə, hesabat dövründə universal quru yük gəmiləri ilə 363 min 818 ton yük nəql edilib.

İqtisadiyyat