Ötən il neft-qaz cəbhəsi ölkəyə 14,5 milyard manat qazandırıb

post-img

Ötən il Azərbaycan öz payına düşən karbohidrogenlərin satışından 14 milyard 519 milyon manat və yaxud 8 milyard 540,6 milyon ABŞ dolları xalis gəlir əldə edib. Bu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il üzrə təsdiq edilmiş büdcə göstəricisinə nisbətən 2 milyard 753,2 milyon manat və ya 23,4 faiz çoxdur. Bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatında bildirilib.

İl ərzində bir sıra yataqlar üzrə hasilat proqnozu tam yerinə yetirilməsə də, xam neftin satış qiymətinin proqnozlaşdırılmış qiymətdən yüksək olması nəticəsində fondun bu mənbə üzrə daxilolmaları proqnoz məbləğini üstələyib. Belə ki, 2023-ci ilin büdcəsində xam neftin satış qiyməti 0 ABŞ dolları proqnozlaşdırıldığı halda, il ərzində bir barelin ortaçəkili qiyməti 83,4  dollar təşkil edib. Neftin satış qiymətinin proqnoza nisbətdə 23,4 dollar artıq olması ilə əlaqədar mənfəət nefti və qazın satışından daxilolmalar proqnozdan 2 milyard 753,2 milyon manat çox olub.

Ümumilikdə, neftin satış qiymətinin proqnozlaşdırıldığından artıq olması ARDNF-in büdcəsində profisitin yaranmasına gətirib çıxarıb. Belə ki, neftin satış qiymətinin proqnoza nisbətdə çox olması ilə bağlı mənfəət nefti və qazın satışından 8 milyard 540, milyon dollar gəlir əldə edilib. Eyni zamanda, fondun vəsaitinin idarə olunması üzrə gəlirliliyin 7,1 faiz səviyyəsində və ya əldə olunan gəlirlərin 3 milyard 728,1 milyon dollar təşkil etməsi aktivlərin həcmində artıma səbəb olunub. Belə ki, 2023-cü ilin dekabrın 31-nə fondun aktivləri ilin əvvəlinə nisbətən 7 milyard 3 ,1 milyon ABŞ dolları və yaxud 14,4 faizə qədər artaraq 5 milyard 9,7 milyon dollar təşkil edib.

Hesablama Palatasının sözügedən sənədinə əsasən, 2023-cü ildə Azərbaycan Dövlət Neft Fonduna 800,7 milyon manat və yaxud 471 milyon dollar məbləğində bonus ödənişləri daxil olub. Beləliklə, bu gəlir maddəsi büdcədə nəzərdə tutulana nisbətən 100 faiz icra olunub. mumilikdə, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri– Çıraq–Günəşli” yataqlar blokunun birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş üzrə 450 milyon dollar, “Abşeron” dəniz yatağı blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə və ona edilən düzəlişlərə əsasən fonda 20,8 milyon dollar, digər yataqlar üzrə isə 0,15 milyon dollar məbləğində vəsait ödənilib.

Dövlət Neft Fondunun gəlirlərinin bir qismi də akrhesabı ödənişlər hesabına formalaşdırılır. Hesablama Palatasının sözügedən sənədinə əsasən, 2022-ci ildə fonda, ümumilikdə, 3,6 milyon manat akrhesabı ödənişlər köçürülüb. Bununla da, bu ödənişlər hesabat ili üçün təsdiq edilmiş rəqəmlə müqayisədə tam həcmdə icra olunub.

Yeri gəlmişkən, Azərbaycan Dövlət Neft Şirkəti SOCAR ilə “BP Exploration Azərbaycan limited” və SOCAR-ın ortaq neft şirkəti arasında imzalanmış Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi çərçivəsində müqavilə sahəsinin hər kvadratkilometri üçün 2 min ABŞ dolları məbləğində illik akrhesabı haqqı ödənilməlidir. Adı çəkilən struktur sahəsinin ərazisi, təxminən, 1059 kvadratkilometr olduğundan il ərzində fonda 2,1 milyon dollar məbləğində ödəniş edilib.

2023-cü ildə neft və təbii qazın Azərbaycan ərazisi ilə nəqlindən əldə edilən gəlirlərdə isə tranzit haqqı azalma qeydə alınıb. Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatında bu məbləğin 0,9 milyon manat təşkil etdiyi bildirilib. Sənədə əsasən, bu gəlir maddəsi büdcədə nəzərdə tutulana 15,3 milyon manat nisbətən 14,4 milyon manat və yaxud 94,5 faiz az icra olunub. Neft və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə daxil olan məbləğin kəskin azalmasının səbəbi Ukraynadakı vəziyyət və Qara dənizdə daşınmalarla əlaqədar yaranmış məhdudiyyətlər nəticəsində Qərb İxrac Boru Kəməri Bakı-Supsa üzrə daşınmaların dayandırılması olub.

Bu arada, Hesablama Palatası Dövlət Neft Fonduna bir sıra təkliflərlə çıxış edib. Belə ki, qurumun ARDNF-in 2023-cü il büdcəsinin icrasına verdiyi rəydə bildirilir ki, daşınmaz əmlak alt portfeli üzrə hədəflənən alt portfelin qurulması ilə bağlı tələb olunan vaxt və məqbul bençmarkların seçilməsi və təsdiqi istiqamətində görülən işlər də nəzərə alınmaqla altportfel üçün yekun bençmarkın təsdiqi və fondun fəaliyyətini tənzimləyən müvafiq normativ hüquqi aktlarda öz əksini tapması məsələsinə baxılmalıdır. Bununla yanaşı, Palata qlobal daşınmaz əmlak bazarlarında qeyri-müəyyənliklərə və dəyişən tendensiyalara uyğunlaşmaq məqsədilə uzunmüddətli inkişaf potensialı olan sektorların araşdırılmasının vacibliyini qeyd edib.

Hesablama Palatasının ARDNF-ə verdiyi təkliflərdən biri də özəl səhmlərlə bağlıdır. Qurum hesab edir ki, özəl səhm investisiyalarının xüsusiyyətləri likvidlik, uzun müddətli saxlanılma səhmlərdən fərqli olduğuna görə ARDNF-in ümumi səhmlər portfelindən özəl səhmlər alt portfelinin öz müvafiq bençmarkı qeyd olunmaqla ayrılaraq fərqli alt portfeldə verilməsi məsələsinə baxılmalıdır. Eyni zamanda, Palatanın gəldiyi qənaətə görə, ARDNF-in səhmlər alt portfelinə daxil olan özəl səhm investisiyalarının xüsusiyyətləri, habelə bu maliyyə aktivinin qeyri-likvid xarekteri səbəbində altportfelin qurulması ilə bağlı vaxt və fondun bu yatırımlarla bağlı hədəflərini özündə tam olaraq əks etdirən ən məqbul bençmarkın seçilməsi istiqamətində görülən işlər də nəzərə alınaraq yekun müəyyən olunan bençmarkın təsdiqlənməsi və bunun müvafiq qaydada öz əksini tapması zəruridir.

Hesablama Palatası, həmçinin Dövlət Neft Fonduna SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ABƏŞ ilə koordinasiyanı gücləndirməyi təklif edib. “Azərbaycanın payına düşən karbohidrogenlərin hasilat proqnozları ilə icra göstəriciləri arasında fərqlər müşahidə edildiyindən hasilat proqnozları müəyyən edilərkən SOCAR və ABƏŞ-lə koordinasiyasının gücləndirilməsi zəruridir”, –deyə Hesablama Palatasının ARDNF-in 2023cü il büdcəsinin icrasına verdiyi rəydə bildirilir. 

Vaqif BAYRAMOV

Mirbağır YAQUBZADƏ

XQ

İqtisadiyyat