Tikinti kimyəviləri zavodu

post-img

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərin istehsalı müəssisəsində son tamamlama işləri görülür. 

Agentlikdən redaksiyamıza verilən məlumata görə, yaxın aylarda müəs­sisədə avadanlıqların quraşdırılmasına başlanılması planlaşdırılıb. Layihə üzrə indiyədək görülən işlərə artıq 15 milyon manat sərmayə qoyulub.

Zavodda tikinti kimyəvilərin istehsalı ilə yanaşı, ölkə ərazisində ilk dəfə olaraq müxtəlif təyinatlı su izolyasiya material­ların və döşəmə məhsulların istehsalı da nəzərdə tutulur.

“Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Par­kının rezidenti statusu verilib, müəssisə­nin bu ilin sonunda fəaliyyətə başlaması planlaşdırılıb.

İqtisadiyyat