Britaniya şirkətinin “qızıl” hesabı

post-img

Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti (AAM) bildirir ki, respublikamızda müqavilə sahələrinin işlənməmiş ehtiyatları 400 min unsiyadan çox qızıl və 700 min tondan çox mis təşkil edir. 2024–2028-ci illəri əhatə edən inkişaf strategiyası çərçivəsində ardıcıl olaraq 4 yeni mədənin – “Gilar”, “Xarxar”, “Qaradağ” və “Zəfər” yataqlarının istismara veriləcəyi nəzərdə tutulur. 

Adıçəkilən şirkət enerji keçidi və “xa­lis sıfır” karbon emissiyasına nail olmaq üçün kritik metal olan misin 2026-cı ilə qədər əsas istehsal məhsuluna çevrilə­cəyini də gözləyir. 2028-ci ildən şirkət mis istehsalını ildə təxminən 36 min tona çatdırmağı planlaşdırır.

Xatırladaq ki, hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. 

Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il isə “Vejnəli” və “Gilar” ya­taqlarından hasilata başlanılması plan­laşdırılıb.

Qeyd edək ki, 1997-ci il avqust ayının 21-də imzalanan “Production Sharing Agreement” tipli müqavilədə 6 yatağın işlənməsi nəzərdə tutulub. Müqavilədə Azərbaycanın payı 51 faiz, “Anglo Asi­an Mining Plc.” şirkətinin payı isə 49 faiz olub. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.

İqtisadiyyat