“Azəri-Çıraq-Günəşli” – 3 milyard dollar qazanc

post-img

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) cari ilin yanvar–iyun aylarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 3 milyard 5,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Fonddan verilən məlumata görə, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin sentyabrın 20-də imzalanıb. 2017-ci il sentyabrın 14-də isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonuna­dək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 faiz), SOCAR (25 faiz), “MOL Group” (9,57 faiz) INPEX (9,31 faiz), “Equinor” (7,27 faiz), “Exxon­Mobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITO­CHU (3,65 faiz), “ONGC Videsh Limited” (OVL) (2,31 faiz) pay sahibidir.

İqtisadiyyat