Böyükşor “ölü məkan”dan “gülüstan”a çevrilir

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC (“Azəryaşlandşaft”) Bakıda Böyükşor gölünün bərpasının 2-ci mərhələsinə başlayacaq.

Səhmdar cəmiyyətin bununla bağlı yaydığı məlumata görə, ilkin olaraq tex­niki-iqtisadi əsaslandıma və layihə-smeta sənədlərinin təkmilləşdirməsi üzrə məs­ləhətçi seçiləcək.

“Böyükşor gölünün bərpası layihə­si” Prezident İlham Əliyevin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2014–2016-cı illərdə Bakı şəhə­rinin və onun qəsəbələrinin sosial-iqtisa­di inkişafına dair Dövlət Proqramı”na və “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadə­si sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq 2013-cü ildən həyata keçirilir. 

İqtisadiyyat