Bu ilin ilk 4 ayında ölkəmizdə 2 milyard 115 milyon manat dəyərində (ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox) kənd təsərrüfatı məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsinin bununla bağlı yaydığı məlumatda daha sonra bildirilir ki, son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,7 faiz artaraq 165,8 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,5 faiz artaraq 1 milyard 950 milyon manat olub.
2024-cü ilin yanvar–aprel aylarında diri çəkidə 190,1 min ton ət, 701,9 min ton süd, 764,3 milyon ədəd yumurta, 1,9 min ton yun, 131,5 min ton tərəvəz və 50,9 min ton kartof istehsal olunub.