Cəbrayılda içməli su təchizatı şəbəkəsi qurulur

post-img

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib ki, agentliyin sifarişi ilə icra olunan Cəbrayıl şəhərinin xarici su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla 15 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Cəbrayıl şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 2023-cü ildə 1 geoloji kəşfiyyat quyusu qazılıb. Seçilmiş mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verir. 

Cəbrayıl şəhərinin şimalında yer­ləşən quyu zonasında, ümumilikdə, 9 subartezian quyusunun qazılması la­yihələndirilib və artıq bu istiqamətdə iş­lərə başlanılıb. İlkin mərhələdə 3 quyu qazılacaq, şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması da təmin ediləcək.

Layihə çərçivəsində Cəbrayıl şəhə­rində ümumi tutumu 7 min kubmetr olan 6 ədəd su anbarı inşa ediləcək. Hazırda 2 min kubmetr tutumu olan su anbarı­nın və suyun Cəbrayıl şəhərinə çatdı­rılmasını reallaşdırmaq üçün 3 kilometr uzunluğunda magistral su kəmərinin, həmçinin tullantı sularının təmizləyici qurğuya ötürülməsini təmin edən 6 kilo­metr uzunluğunda kanalizasiya kollek­torunun inşası həyata keçirilir.

Cəbrayıl şəhərində 52 kilometr iç­məli, 38 kilometr tullantı və 40 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsə­dilə məhsuldarlığı sutkada 6 min kub­metr olan tullantı sutəmizləyici qurğu tikiləcək. Təmizləyici qurğu və kollektor Cəbrayıl şəhəri ilə yanaşı, bəzi kəndlə­rin də tullantı sularının toplanaraq tə­mizlənməsinə imkan verəcək.

Cəbrayıl şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA siste­milə təmin ediləcək. 

Yaxın vaxtlarda Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonu­nun Horovlu və Şükürbəyli kəndlərinə məskunlaşmanın başlanması nəzərə alınaraq həmin kəndlərdə su təchizatı sistemlərinin yaradılmasına hazırlıq iş­ləri görülür. 

Yeri gəlmişkən, Füzuli şəhərinin də içməli və tullantı su sistemlərinin ya­radılması layihəsi icra olunana qədər burada məskunlaşan əhalinin, habelə dövlət və özəl sektora aid binaların və obyektlərin içməli su ilə təmin edilmə­si məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təxirə­salınmaz tədbirlər həyata keçirilib. Bu məqsədlə 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilərək istismara qaytarılıb. Eyni zamanda su mənbəyində ümumi tutu­mu 100 kubmetr olan 2 sutoplayıcı re­zervuar və nasos stansiyası, magistral su kəməri inşa edilib. Şəhərdə formala­şan tullantı sularının təmizlənib kənar­laşdırılması məqsədilə təxirəsalınmaz tədbir kimi ümumi məhsuldarlığı sutka­da 600 kubmetr olan 4 ədəd modul tipli təmizləyici qurğu da quraşdırılıb.

Laçın şəhərində isə içməli su və kanalizasiya sistemlərinin yenidən qu­rulması layihəsi çərçivəsində qısa müd­dətdə böyük işlər görülüb. Perspektiv inkişaf nəzərə alınmaqla şəhəri daya­nıqlı və keyfiyyətli içməli su ilə təmin et­mək məqsədilə Sus kəndi ərazisində 6 subartezian quyusu bərpa edilib. Quyu zonasında sutoplayıcı anbar və nasos stansiyası, zərərsizləşdirici qurğu inşa olunub.

Su mənbəyindən 10 kilometr uzun­luğunda yüksəktəzyiqli magistral su kəməri çəkilib, nasos stansiyası və ümumi tutumu 4 min kubmetr olan 9 anbar inşa edilib. Laçın şəhərində 58 kilometr içməli, 49 kilometr tullantı, 4 kilometr yağış su şəbəkələri yaradılıb, 7 kilometr kanalizasiya kollektoru və 4 kanalizasiya nasos stansiyası tikilərək istismara verilib.

İqtisadiyyat