Energetika nazirinin BEA-nın icraçı direktoru ilə görüşü

post-img

Azərbaycanın energetika naziri Pərviz Şahbazovla ölkəmizdə səfərdə olan Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol arasında görüş olub. 

Energetika Nazirliyindən verilən mə­lumata görə, görüşdə qlobal neft və qaz bazarlarındakı vəziyyət, Avropada qaza tələbat dinamikasına təsir edən amillər, eləcə də bərpaolunan enerji istehlakının artması və enerji təchizatında müasir tendensiyalar nəzərdən keçirilib. Azər­baycanın Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu artıq sübuta yetirdiyi­ni vurğulayan Fatih Birol enerji təchiza­tında mürəkkəb vaxtlarda Avropaya qaz tədarükündə dəstəyinə görə ölkəmizə təşəkkürünü bildirib. Söhbət zamanı Avropaya qaz ixracının artırılması fos­sil yanacaqlara münasibət kontekstində dəyərləndirilib.

Görüşdə Azərbaycanın bərpaolunan enerji kursu, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji” zonası kimi inkişafına dair konsepsiyası, “Xəzər–Qara dəniz–Avropa”, “Azərbaycan–Tür­kiyə-Avropa” və “Mərkəzi Asiya–Azər­baycan–Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində fəaliyyətindən söhbət açılıb. Eyni zamanda, “yaşıl ener­ji” keçidində, bərpaolunan enerji güclə­rinin enerji sisteminə inteqrasiyasında önəmli rol oynayan şəbəkənin gücləndi­rilməsini təmin edən məsələlər müzakirə edilib. Bu xüsusda, enerji saxlanc sis­temləri, yüksək gərginlikli sabit cərəyan kabelləri, həmçinin enerji səmərəliliyinin artırılması üzrə fəaliyyətin dəstəklən­məsinin və qlobal əməkdaşlığın vacib­liyi bildirilib. COP29 çərçivəsində enerji sahəsində fəaliyyət gündəliyində olan məsələlərlə bağlı BEA ilə birgə əməkdaş­lıq razılaşdırılıb.

İqtisadiyyat