Bakı Şəhər DYP İdarəsindən verilən məlumata görə, “Chevrolet” markalı, 77-AK-984 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cəbrayılov Turan İsrafil oğlu avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə T.Cəbrayılovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
P.ƏMİRCANOV
XQ