Respublikamızda enerji keçidi üzrə reallaşdırılan layihələr çərçivəsində, ümumilikdə, 1,5 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb və bu sərmayə qoyuluşunun gələcəkdə də davam etdiriləcəyi nəzərdə tutulub.
Ölkəmizdə 20-25 il müddətinə hesablanan “yaşıl enerji” layihələri ekspertlər tərəfindən Azərbaycanın gələcəyinə, dövlət siyasətinə olan inamın göstəricisi kimi dəyərləndirilib.
Energetika nazirinin müavini Samir Vəliyevin COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən konfransda çıxışı zamanı dediyi bu sözlər Azərbaycanın nəhəng neft və qaz sərvətlərinə malik olmasından xəbər verir.
S.Vəliyev bildirib ki, hazırda ölkəmizin qarşısında duran əsas məsələlərdən biri respublikamızda istehsal edilən “yaşıl enerji”nin Avropa ölkələrinə ixracı üçün zəruri infrastrukturun qurulmasıdır.
Nazir müavini daha sonra hazırda 3 dəhliz üzrə – “Xəzər-Qara dəniz-Avropa” “yaşıl enerji” dəhlizi, Zəngəzur dəhlizi və Mərkəzi Asiya ölkələrindən “yaşıl enerji” resurslarının Avropaya ixrac edilməsi çərçivəsində iş aparıldığını vurğulayıb.