Rusiya qızıl hasilatını artırıb

post-img

Rusiya 2024-cü ilin aprelində qızılın (xam, yarı emal edilmiş və ya toz şəklində) hasilatını ötən ilin eyni ayı ilə müqayisədə 11,7 faiz artırıb. Bu barədə “Rosstat” bildirib. Məlumatı “İnterfaks.ru” verib. 

Amma mart ayı ilə müqayisədə bu göstərici 4,8 azalıb azalıb.

Ümumilikdə, yanvar-aprel aylarının yekunlarına əsasən, Rusiya Federasiyasında qızıl hasilatının həcmi ötən ilin müvafiq dövrünün nəticəsini 5,2 faiz üstələyib.

“Rosstat” bu qiymətli metalın istehsalı ilə bağlı mütləq rəqəmləri dərc etmir.

P.ƏMİRCANOV
XQ

İqtisadiyyat