Bu ilin mart ayında ölkədə nağsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artaraq 5 milyard 697 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından bildirildiyinə görə, bu göstəricinin 4 milyard 737 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 952 milyon manatı POS-terminallar, 8 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının həcminin 61,7 faizini təşkil edib.
Qeyd edək ki, cari il aprelin 1-nə respublikada ödəniş kartlarının sayı 17 milyon 421 min ədəd olub. Bu, aylıq müqayisədə 0,4 faiz, ilin əvvəlinə nisbətən 2,9 faiz, illik müqayisədə isə 22,3 faiz çoxdur.
XQ