2024-cü ilin I rübündə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,8 faiz və ya 123 milyon 763 min ABŞ dolları artaraq 748 milyon 785 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsinin məlumatında daha sonra bildirilir ki, bu dövrdə Çinlə ticarət dövriyyəsi ölkəmizin I rübdə ümumi ticarət dövriyyəsinin 5,1 faizini təşkil edib.
Hesabat dövründə Çindən Azərbaycana ixracın həcmi 743 milyon 728 min ABŞ dollarına, Azərbaycandan Çinə ixracın həcmi isə 5 milyon ABŞ dollarına çatıb.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanla Çinin ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 43,7 faiz və ya 942,5 milyon ABŞ dolları artaraq 3 milyard 101,5 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, cari ilin I rübündə Azərbaycanın ümumi ticarət dövriyyəsi 9 milyard 695 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 673 milyon 709 min ABŞ dolları olub.
XQ