Azərbaycanda avtobuslar “elektrikləşəcək”

post-img

Yaxın illərdə ölkəmizdə 3 min avtobusun elektrobusla əvəz edilməsi nəzərdə tutulur. Bu barədə mediaya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev məlumat verib. Bakıda və Abşeron rayonunda bütün avtobusların uzunmüddətli perspektivdə elektrikli avtobuslarla əvəz ediləcəyini diqqətə çatdıran qurum rəsmisinin sözlərinə görə, xətdən çıxarılan avtobuslar isə regionlara göndəriləcək. 

F.Əliyevin dediyinə görə, elektrikli avtobusların gətirilməsi üçün müvafiq infrastruktur olmalıdır. Nazirlik rəsmisi bildirib ki, Çinin “BYD” şirkəti Sumqayıt Kimya Sәnaye Parkında qurulacaq za­vodda elektrik mühәrrikli avtobusların istehsalına ilkin olaraq 34 milyon ABŞ dolları investisiya qoymaq istəyir, illik is­tehsal hәcminin 500 әdәd olması nәzәr­dәtutulur. “Hazırda Çinin 3 şirkətindən avtobuslar alınır və hansı yaxşı olduğu araşdırılır. Bu şirkətlərin avtobusları bir-birilərindən fərqlənir”, – deyə o əlavə edib.

Qeyd edәk ki, 1995-ci ildәyaran­mış “BYD” şirkәti 2023-cü ildә3 milyon yeni enerji avtomobilinin rekord satışını hәyata keçirmәklәdünya birincisi olub. Şirkәt avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bәrpa olunan ener­ji vәdәmir yolu nәqliyyatı sahәlәrindәson yeniliklәri tәtbiq edәn dünyamiqyas­lı aparıcı texnologiya şirkәtlәrindәn biri hesab olunur.

XQ

İqtisadiyyat