2024-cü ilin birinci rübündə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə 30,7 milyon manat vəsait köçürüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, rüblük ödənişin 21,5 milyon manatı özəlləşdirmə, 9,2 milyon manatı isə icarə hesabına təmin edilib. Bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən, müvafiq olaraq, 2,45 dəfə və 43,75 faiz çoxdur.
Hesabat dövründə Dövlət Xidməti tərəfindən ölkə üzrə 12 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 169 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 136 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 18 onlayn qoşulma reallaşıb.
Eyni zamanda, ilin ilk 3 ayında 673 yeni icarə müqaviləsi bağlanılıb. Həmin müqavilələrin 131-i qeyri-yaşayış, 542-si isə torpaq sahələrinə aid olub.
XQ