Qeyri-neft sektorunda 7,8 faiz artım

post-img

Bu il yanvar-mart aylarında neft-qaz sektorunda məhsul istehsalı 0,2 faiz azalıb, səna­yenin qeyri-neft-qaz sektorun­da isə 7,8 faiz artıb.

Dövlət Statistika Komitəsin­dən verilən məlumatda daha sonra bildirilir ki, sənaye məhsu­lunun 64,5 faizi mədənçıxarma, 29 faizi emal, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, 0,8 faizi isə su təchizatı, tullantı­ların təmizlənməsi və emalı sek­torlarında istehsal olunub.

XQ

İqtisadiyyat