Kəlbəcər–Laçın avtomobil yolu Dəlidağı fəth edəcək

post-img

İşğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkətindən bildirilib ki, uzunluğu 75,8 kilometr olan Kəlbə­cər-Laçın avtomobil yolu və onun üzərindəki tunel­lərin inşası 2025-ci ilin sonunda və yaxud 2026-cı ilin əvvəlində tamamlanacaq.

Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, birinci və ikinci tex­niki dərəcələrə uyğun olaraq inşa edilir.

Yol boyunca suların ötürülməsini təmin etmək məqsə­dilə ümumi uzunluğu 8 min 910 metr olan 66 dairəvi və 139 düzbucaqlı borunun, zəruri yerlərdə ümumi uzunluğu 4 min 179 metr olan 23 avtomobil körpüsünün və 1076 metr uzunluğa malik 3 qovşağın, həmçinin 4 min 248 metr is­tinad və 30 min 521metr daş divarın inşası işləri aparılır.

Kəlbəcər–Laçın avtomobil yolu başlanğıcını Kəlbə­cərin Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçir. Yeni yol bu rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və inşası aparılan Laçın Beynəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcək.

XQ

İqtisadiyyat