Bu ilin yanvar–fevral aylarında respublikada avtomobil nəqliyyatı ilə 1,791 milyon dollar dəyərində 875 min ton idxal-ixrac yükü daşınıb. Dövlət Gömrük Komitəsinin məlumatında daha sonra qeyd edilir ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,1 faiz və 15,3 faiz çoxdur.
Hesabat dövründə idxal olunan yükün dəyəri 6,3 faiz, həcmi 12,5 faiz, ixrac olunan yükün isə dəyəri 11,7 faiz, həcmi 20,2 faiz artıb.
XQ