Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın “KazMunayGaz” Milli Şirkəti qarşılıqlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
SOCAR-ın verdiyi məlumata görə, şirkətin prezidenti Rövşən Nəcəf ilə “KazMunayGaz”ın İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev arasında reallaşan görüşdə Azərbaycan–Qazaxıstan əlaqələrinin bütün sahələrində, eləcə də enerji sektorunda uğurlu inkişaf nəzərə çarpdığı bildirilib. Eyni zamanda SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsinin əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaratdığı diqqətə çatdırılıb.
Tərəflər neftin emalı, tranziti, ticarəti sahələrinə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıb.
XQ