Fermerlərə 74 milyon manat güzəştli dəstək

post-img

Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata əsasən, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ötən il 4 min müraciət üzrə 74 milyon manat güzəştli kredit və lizinq vəsaiti ayrılıb. Bu kreditlərin verilməsi nəticəsində isə 355 daimi və müvəqqəti iş yeri açılıb.

Hesabat ilində 61 rayon (şəhər) üzrə fermerlərə becərdikləri əkin sahələrinə və çoxillik əkmələrə görə dövlət büdcəsi vəsaiti hesabına, ümumilikdə, 262 milyon 492 min manat, o cümlədən 357 min fer­merə 1 milyon 195 min hektar əsas əkin­lərə görə 257 milyon manat və 12 min fer­merə 55 min hektar təkrar əkinlərə görə 5 milyon 487 min manat subsidiya ödənilib.

“Aqroservis” ASC isə 2023-cü ildə 15 milyon manat dəyərində kənd təsərrüfa­tı texnikası satıb. Bundan başqa, ötən il “Aqroservis” 78 müraciət üzrə 3 min baş damazlıq heyvanın güzəştli şərtlərlə alışı üçün 7,4 milyon manat vəsait ayırıb.

Hesabat dövründə “Aqroservis” kənd təsərrüfatı məhsulları istehsalçılarına dəyəri 22 milyon manat olan 38 min ton müxtəlif təyinatlı mineral gübrə, o cüm­lədən 5 min ton ammonium nitrat, 430 ton ammofos, 4 min ton nitroammofoska, 29 min ton karbamid, 150 ton ammoni­um sulfat, 50 ton kalium sulfat gübrəsi və dəyəri 200 min manat olan 10 min litr pestisid satıb.

XQ

İqtisadiyyat