“Qərbi Çıraq”da ilk quyu qazılacaq

post-img

BP-nin qaz və az karbonlu enerjinin inkişafı üzrə vitse-prezidenti Katerina Papaleksandri Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasında bildirib ki, “Cənub Qaz Dəhlizi” və “Şahdəniz” kimi layihələr sabit enerji mənbəyinin – təbii qazın tədarükünün təmin olunmasına kömək etməklə həm regiona, həm də Avropaya fayda gətirir.

Onun sözlərinə görə, bu gün neft və qaz qlobal enerji tələ­batının təxminən 55 faizini təmin edir, dünyada hər il 4 milyard kubmetrdən çox təbii qaz istehlak olunur. Bu enerji sayəsində insanlarda elektirik enerjisi təminatı ilə bağlı problemlər yaranmır və evlərin temperaturu istənilən kimi tənzimlənir. “Cənub Qaz Dəhlizi” və “Şahdəniz” kimi layihələrin də əsas mahiyyəti bundan irəli gəlir. 

K.Papaleksandri bildirib ki, “Şahdəniz” yatağından qaz hasi­latının artması ilə eyni vaxtda BP Xəzər dənizində ehtiyatların kəşfiyyatını davam etdirir, o cümlədən, hazırda dərinliyi, təx­minən, 7 min metr olan “Şahdəniz” yatağının şərq cinahındakı “SDX-8” kəşfiyyat quyusunun qazılması üzrə məlumatların təh­lilini həyata keçirir. 

O xatırladıb ki, bu ilin ikinci yarısında “Qərbi Çıraq” platforma­sından ilk hasilat quyusunun qazılması planlaşdırılır. Əgər uğurlu alınarsa, BP gələn ilin əvvəlində AÇG yataqlar blokunda dərin laylardan ilk təbii qazın hasilatına başlayacaq. 

XQ

İqtisadiyyat