Qarabağın dirçəlişi tərəqqini sürətləndirəcək

post-img

“Moody’s” beynəlxalq reytinq agentliyinin mediada yayılan məlumatına əsasən, Azərbaycanın real ÜDM artımının 2023-cü ildəki 1,2 faizdən 2024-cü ildə 2,1 faizə qədər sürətlənəcəyi gözlənilir. 

Məlumatda bildirilir ki, yüksək neft qiymətləri kontekstində dövlət xərclərinin artması qeyri-neft iqtisadiyyatını daha da güc­ləndirəcək. Qeyri-neft sektorunun güclənməsi isə ölkə bankların­da kredit portfelinin artmasına, aktivlərin keyfiyyətinə və gəlirlili­yinə müsbət təsir göstərəcək.

“Moody’s”un məlumatında daha sonra deyilir: “Təbii qaz ha­silatı və ixracının həcminin artması və Qarabağda ərazilərin ye­nidən qurulması üçün daha yüksək xərclər 2024-cü ildə iqtisadi artımı dəstəkləyəcək. Çox güman ki, Ermənistanla geosiyasi gər­ginlik azalacaq, çünki hər iki ölkə tam sülh müqaviləsi imzalamaq üçün çalışır”.

XQ

İqtisadiyyat