Avropa çempionlarının zəfər turu

post-img

2-ci dəfə Avropa çempionluğunu bayram edən minifutbol üzrə milli komandamızın zəfər turu təşkil olunub. Tur marşrutu boyunca paytaxt sakinləri və şəhər qonaqları Avropa çempionlarını salamlayaraq onların tarixi nailiyyətini böyük sevinc və qürur hissi ilə qarşılayıblar. Milli komandanın üzvləri azarkeşlərlə ünsiyyət quraraq dəstəyə görə təşəkkürlərini bildiriblər.

Mərasim Azərbaycan minifutbol tarixində əldə edilmiş bu mühüm uğurun qeyd olunması və komandanın qələbə sevincinin azarkeşlərlə bölüşülməsi məqsədilə təşkil edilib. Bayraq və şüarlarla müşayiət olunan görüş ölkədə idmana olan marağın və milli komandaya dəstəyin daha bir nümunəsinə çevrilib.

Qabil YUSİFOĞLU
XQ

İdman