2023-cü ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 742,4 milyon manat büdcə vəsaitlərinə qənaət edilib. Bu, dövlət satınalmaları sahəsində görülən maarifləndirmə və nəzarət tədbirlərinin nəticəsində mümkün olub.
Dövlət Xidmətinin məlumatına görə, ötən il 2022-ci illə müqayisədə qənaət edilmiş məbləğdə açıq tender üzrə 13 faiz, təkliflər sorğusu üzrə isə 41 faiz artıma nail olunub.
XQ