Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans–Anadolu qaz kəmərinin istismara verilməsindən ötən 3 il ərzində Avropaya 31 milyard kubmetrdən çox təbii qazla təchiz edib. Bu fikir Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Ağ evdə ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşü zamanı səsləndirilib.
Energetika Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan–ABŞ münasibətlərində regional və beynəlxalq əhəmiyyətli enerji təhlükəsiziliyi layihələrinin həyata keçirilməsi üzrə uzunmüddətli əməkdaşlığın əhəmiyyətindən, eləcə də mürəkkəb enerji böhranı dövründə Cənub Qaz Dəhlizinin rolundan danışılıb. Görüşdə, həmçinin Azərbaycanın səyləri ilə sözügedən dəhlizin genişləndirilməsi və Avropaya tədarükün artırılması istiqamətində tədbirlərin həyata keçirildiyi vurğulanıb.
XQ