Xəzərdə hibrid gəmi üzəcək

post-img

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) sifarişi əsasında Bakı Gəmiqayırma Zavodunda Xəzər dənizinin ilk hibrid dalğıc gəmisi tikiləcək. Gəmi dənizin 60 metr dərinliyində işləmək imkanına malik olacaq. Bu barədə ASCO-dan məlumat verilib. 

Qeyd olunub ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin ekoloji siyasətinə, eləcə də Beynəlxalq Dənizçilik Təşkila­tının və bir sıra digər təsnifat cəmiyyət­lərinin emissiyaların azaldılması ilə bağlı tələblərinə uyğun inşa ediləcək dalğıc gəmisi, həm də Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə verəcək.

XQ

Son xəbərlər