İstanbulda Avrasiya İqtisadi Zirvə toplantısı

post-img

İstanbulda keçirilən 27-ci Avrasiya İqtisadi Zirvə toplantısı davam edir. Bu il “Böhranlardan sabitliyə, əhatəli bir dünya inşa etmək” mövzusuna həsr edilən məclisi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmaları Vəqfi təşkil edib. Toplantıda dünyanın 40 ölkəsindən nümayəndələr iştirak edir.

Açılış mərasimində Azər­baycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakçılara ünvanla­nan məktubları oxunub. 

Mərasimdə çıxış edən Mər­mərə Qrupu Strateji və Sosial Araşdırmaları Vəqfinin sədri Akkan Suver, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay, deputat Mövlud Çavuşoğlu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) baş katibi Asəf Ha­cıyev, Türkiyə Xarici İşlər Nazir­liyinin Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa üzrə Baş İdarəsinin rəisi Mehmet Samsar, Şimali Kipr Türk Cümhuriyyə­tinin Prezidenti Ersin Tatar və digərləri bildiriblər ki, dünyada gözlənilməz anlarda fərqli şəkil­də və ya eyni vaxtda baş verən təbii, iqtisadi, sosial və siyasi proseslər bəzən regional və ya qlobal böhranlara çevrilir.

Toplantıda “Ümumi iqtisadi mövzular”, “İqlim böhranı, ət­raf mühit və enerji problemləri”, “Əsas hüquqlar. Demokratiya və avtoritar rejimlərdə hüquq pozun­tuları”, “Qanunsuz ticarətə qarşı mübarizə çərçivəsində əməkdaş­lıq”, “Süni intellekt, bəşəriyyətin gələcəyi və hüquqi infrastruk­tur”, “Nəqliyyat dəhlizləri: dün­yanın inteqrasiyası layihəsi, Bir kəmər – Bir yol layihəsi və onun 2023-2024-cü illər üçün perspek­tivləri” mövzularının müzakirəsi ilə davam etdirilib. 

Toplantının ikinci günü “Su arxasınca gedən həyat” mövzu­sunda keçiriləcək toplantı Tür­kiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin 100 illik yubileyinə həsr olunacaq.

XQ

Son xəbərlər