Azərbaycan iqtisadiyyatının 2,3 faiz artacağı gözlənilir

post-img

Bu gün beynəlxalq reytinq agentlikləri tərəfindən respublikamızın gələcək inkişaf gözləntisini ifadə edən müsbət göstəricilərin vurğulanması təsadüfi deyil. Çünki hazırda Azərbaycanın malik olduğu resurslar iqtisadi yüksəlişin dinamikliyini şərtləndirir və bu potensial böyük miqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə, xüsusilə işğalçıdan təmizlənən ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsinə imkan verir.

Prezident İlham Əliyev ölkəmizin nail olduğu inkişaf səviyyəsi haqqında bildi­rib: “Bu gün Azərbaycan dünya miqya­sında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil”.

Həqiqətən də, dövlətimizin başçısı­nın rəhbərliyi ilə reallaşdırılan iqtisadi siyasət nəticəsində respublikamızın enerji təhlükəsizliyi təmin edilib, ölkə əhalisinin və iqtisadiyyatın elektrik enerjisi ilə təminatının etibarlılığı, eyni zamanda, dayanıqlılığı gücləndirilib.

Prezident İlham Əliyevin rəhbər­liyi ilə gerçəkləşdirilən məqsədyönlü, uğurlu xarici və daxili siyasət sayəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, iqtisadi fəallığın təmin edil­məsi, əhalinin sosial müdafiəsinin güc­ləndirilməsi, düşməndən təmizlənən yaşayış sahələrinin yenidən bərpası, müdafiə və ordu quruculuğu, ərzaq təh­lükəsizliyinin diqqətdə saxlanılması is­tiqamətlərində mühüm layihələr yerinə yetirilib. 

Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi mühüm uğurlar beynəlxalq reytinq təşkilatlarının sənəd­lərində də öz ifadəsini tapıb. Məsələn, Beynəlxalq Valyuta Fondunun (IMF) “IMF-nin yaradılması haqqında” Sazi­şinin IV maddəsinə uyğun olaraq təş­kilatın Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun 2023-cü ilin noyabr ayında Bakıda keçirdiyi məs­ləhətləşmələrin nəticələrinə dair hesa­batında bu barədə ətraflı bəhs edilib. Sənəddə zəifləyən post-pandemiya tə­sirlərinin və neft hasilatında azalmanın davam etməsi fonunda respublikamızın ortamüddətli perspektivdə (2024-2028-ci illərdə) iqtisadi artım tempinin 2,3 faiz olacağı proqnozlaşdırılıb.

Hesabatda, eyni zamanda, IMF neft ÜDM-inin 5 il ərzində orta hesabla 0,5 faiz azalacağının, qeyri-neft ÜDM-nin 2024-cü ildə 3,6 faiz, 2025-2028-ci il­lərdə isə orta hesabla 3,5 faiz artacağı­nın gözlənildiyi vurğulanıb. 

IMF iqtisadçıları bildirirlər ki, pande­miyadan sonrakı güclü bərpanın ardın­ca artım yavaşlayır, inflyasiya isə azalır. İndi ən birinci hədəf müvəqqəti yumşal­madan sonra büdcə konsolidasiyasını gerçəkləşdirmək və bu yaxınlarda hə­dəf diapazonuna qayıdan inflyasiyanın xarici risklər və daxili təzyiqlər fonunda yenidən yüksəlməməsini reallaşdır­maqdır. Orta və uzunmüddətli perspek­tivdə Azərbaycanın ən böyük məqsədi karbohidrogen sektorundan asılılığı azaltmaq və özəl sektorun təsiri ilə iq­tisadiyyatın diversifikasiyasını təşviq et­məkdir.

Hesabatda ortamüddətli perspek­tivdə ölkədə karbohidrogen hasilatının tədricən azalmaqda davam edəcəyi proqnozlaşdırılır, çünki neft hasilatının gözlənilən struktur azalması qaz hasi­latının artması hesabına yalnız qismən kompensasiya olunacaq. Bu baxımdan özəl sektor daha mühüm rol oynaya­caq ki, bu da digər məsələlərlə yanaşı, hələ də çox böyük olan dövlət sekto­runun problemlərinin həllini, həmçinin idarəetmənin təkmilləşdirilməsini tələb edəcək. Bərpaolunan enerji sektorunun inkişafı, eyni zamanda, Azərbaycanın iqlimlə bağlı öhdəliklərini yerinə yetir­məsi ilə yanaşı, diversifikasiyaya da töhfə verəcək.

Hesabata əsasən, iqtisadiyyatın şaxələndirilməsi, idarəetmənin güclən­dirilməsi, dövlət müəssisələrinin rolu­nun məhdudlaşdırılması və iqtisadiyya­tın karbonsuzlaşdırılması istiqamətində islahatlara səbəb olacaq. Bununla bə­rabər, məhkəmə sisteminin müstəqil­liyinin təkmilləşdirilməsində irəliləyiş, habelə dövlət müəssisələrində özəl sektorun iştirakını artırmaq və onların maliyyə sağlamlığını yaxşılaşdırmaq üçün davamlı səylər biznes mühitinin yaxşılaşdırılmasına, özəl investisiyala­rın artırılmasına və məhsuldarlığın yük­səldilməsinə kömək edəcək. Hökumə­tin iqlimlə bağlı öhdəliklərini yerinə yetirmək səyləri çox təqdirəlayiqdir və əlaqədar maliyyə yükünü hesablamaq, eləcə də qalıq yanacağa subsidiyaların mərhələli şəkildə dayandırılması kimi əlavə tədbirlər vasitəsilə onu azaltmaq faydalı olacaq.

Beləliklə, IMF-nin proqnozları­na görə, 2024-cü ildə Azərbaycanın ÜDM-i nominal ifadədə 135 milyard 534 milyon manat, o cümlədən qeyri-neft ÜDM-i 86 milyard 323 milyon manat, 2025-ci ildə 140 milyard 72 milyon ma­nat, o cümlədən qeyri-neft ÜDM-i 93 milyard 838 milyon manat, 2026-cı ildə 146 milyard 474 milyon manat, o cüm­lədən qeyri-neft ÜDM-i 101 milyard 493 milyon manat təşkil edəcək. 

Göründüyü kimi, Azərbaycanın sosi­al-iqtisadi sahələrdə əldə etdiyi uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisa­di islahatlar, rəqabətədavamlı, innova­tiv iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın aparıcı iqtisadi-maliyyə ins­titutlarının, iqtisadi azadlıq səviyyəsini tədqiq edən mərkəzlərin, o cümlədən IMF-in diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir. 

Ümumiyyətlə, beynəlxalq reytinq agentliklərinin proqnozları bir daha təsdiqləyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti möv­cuddur. Eyni zamanda, hökumət vergi gəlirləri və kapital xərcləri, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qar­şısını alır. Bu isə liberal iqtisadi islahat­ların, düşünülən, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçiril­məsi, siyasi iradə nəticəsində mümkün olur və bütün bunlar dövlətimizin dün­yanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən, Azərbaycanın uğur­lu gələcəyindən xəbər verir.

Bu gün dünyada baş verən mürək­kəb siyasi-iqtisadi hadisələr fonunda qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlinməsi, iqtisadi inkişafın sürətləndirilməsinə, xalqın rifahının yaxşılaşdırılmasına yönələn proqram­ların həyata keçirilməsi qarşıdakı dövr ərzində də yüksək göstəricilərin əldə ediləcəyi əminliyi yaradır.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat